Rusiyada şahmat üzrə Ukrayna çempionunun cəsədi tapılıb

03:20 06-03-2020 338

Moskvanın qərbində mənzillərin birində başlarına paket keçirdilmiş kişi və qadın cəsədi aşkar edilib.

“RİA Novosti” xəbər verir ki, aparılan araşdırma kişinin şahmat üzrə Ukrayna çempionu olduğunu müəyyən edib.

1993-cü il təvəllüdlü Stanislav B. 2017-ci ildə qrossmeyster adına layiq görülüb.

Cəsədi aşkar edilən qadın da şahmatçı olub və onun adına Beynəlxalq şahmat federasiyasının reytinqində rast gəlmək olar.

Qeyd edək ki, cəsədləri qızın atası aşkar edib.