Həştərxan-Bakı reysi Rusiyanın “TOP-5”də

11:45 18-06-2019 425

Mülki aviasiya ilə bağlı nüfuzlu “Aviasales” saytı Rusiyada ən ucuz hava marşrutlarının reytinqini dərc edib.

HerGun.Az-ın məlumatına görə, analitiklər 2019-cu ilin yayına olan bilet satışları barədə məlumatları təhlil edərək, ən sərfəli reyslərin siyahısını tərtib ediblər.

Ən ucuz marşrutların (iki tərəfli bilet nəzərə alınıb - red.) beşliyinə Bakı-Həştərxan reysi də daxildir:

Həştərxan-Atırau (təxminən 108 manat), Həştərxan-Bakı (təxminən 110 manat), Peterburq- Minsk (təxminən 116 manat), Moskva-İraklion (119 manat) və Moskva-Minsk (122 manat).