Goranboyda “VAZ” aşdı: yaralıların vəziyyəti ağırdır

12:18 18-06-2019 464

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə Dəliməmmədli-Qırıxlı yolunun Bəşirabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə minik maşını aşıb. Avtomobildə olan bir sərnişin və sürücü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xəstələrin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev