“Atəşgah” koronavirusla mübarizəyə maliyyə dəstəyi ayırdı

17:20 21-03-2020 370

Hər zaman yüksək etibarlılıq, sabitlik və biznesdə şəffaflığı əsas tutaraq fəaliyyət göstərən “Atəşgah” Sığorta Qrupunun sosial məsuliyyət missiyası Azərbaycanın mədəni irsinin qorunub saxlanılması, ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaqdır.

23 ildir ki, Azərbaycanın sığorta sektorunda olan “Atəşgah” SQ missiyasına və vizyonuna uyğun olaraq, dövlətimizin təşkil etdiyi tədbirlərə dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə yardımına qoşulmağa qərar verib.

Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsini nəzərə alaraq, ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə “Atəşgah” Sığorta Qrupu sosial həmrəylik nümayiş etdirib və virusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə 100 000 AZN məbləğində maliyyə vəsaiti ayırıb.

Ətraf mühitin mühafizəsi üzrə bir sıra layihələr həyata keçirən “Atəşgah” SQ bu dəfə korporativ sosial məsuliyyəti və dövlət-vətəndaş birliyini əldə rəhbər tutaraq atdığı bu addımın digər maliyyə qurumlarının virusla mübarizəyə dəstəklərinə təkan yaradacığına inanır.

Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.