Koronavirusun ən çox yayıldığı ölkələr açıqlandı

07:40 22-03-2020 414

ABŞ-ın koronavirus hallarının federal və yerli statistikasını aparan Con Hopkins Universiteti COVID-19-a yoluxmanın ən çox qeyd olunduğu ölkələrin siyahısını hazırlayıb.

Statistikaya əsasən, 81 min nəfərdə olmaqla, ən çox yoluxma halı Çində müşahidə olunur. 

İkinci yerdə İtaliyanın adı çəkilir. Bu ölkədə 53 min nəfərdə COVID-19 təsdiqlənib.

Üçüncü yerdə isə ABŞ qərarlaşıb. Belə  ki, burada 25 493 nəfərdə koronavirus testinin cavabı müsbət olub.

Siyahıda İspaniya (25,3 min yoluxma halı), Almaniya (22,2 min yoluxma halı) və İran (20,6 min yoluxma halı) da yer alıb.