“Azər-Maya” ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat maliyyə yardımı edib

14:20 22-03-2020 382

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Cənubi Qafqazın aparıcı xəmir mayası istehsalçısı olan “Azər-Maya” Açıq Səhmdar Cəmiyyəti 50 000 manat köçürüb.

Şirkət Korporativ Sosial Məsuliyyət fəlsəfəsindən çıxış edərək, xalqımızın sağlamlığının qorunması yolunda irəli sürülən bütün təşəbbüsləri dəstəkləməyi əsas vəzifə və mənəvi borc hesab edir.

“Azər-Maya” ASC istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycan Respublikasının tələbatını tam ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edir.

1973-cü ildə fəaliyyətə başlamış, keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında özəlləşdirilmiş müəssisə olan “Azər – Maya” Açıq Səhmdar Cəmiyyəti  yaradılıb. Şirkət 19 illik təcrübəyə malikdir.