“Zeytun Pharmaceuticals” koronavirusla mübarizə üçün 500 min manat ayırdı

21:40 22-03-2020 15

Əczaçılıq fəaliyyəti ilə məşğul olan “Zeytun Pharmaceuticals” MMC Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb.

Qurum COVİD-19-la mübarizəyə dəstək məqsədilə fonda 500 min manat məbləğində pul köçürüb.