“Kontakt Home” Koronavirusa görə loqosuna dəyişiklik etdi

15:00 23-03-2020 14

“Kontakt Home” koronavirus infeksiyası ilə mübarizə məqsədilə loqosunu bu mövzuya uyğun adaptasiya edib. Adaptasiya olunmuş yeni loqo müvəqqəti xarakter daşıyır, “KontaktWithHome” (ev ilə kontaktda) sosial mesajını özündə birləşdirir və insanları daha çox evlə təmasda olmağa və karantin tədbirlərinə əməl etməyə çağırır.

Bu yaxınlarda sloveniyalı dizayner “MasterCard”, “Nike”, “Starbucks”, “LinkedIn” kimi markaların koronavirusa uyğun dəyişib. Bu adaptasiyadan sonra dünyaca məşhur digər markalar da həmin sosial çağırışa qoşulmağa başlayıb.

Qeyd edək ki, “Kontakt Home” koronavirusla mübarizə tədbirlərində fəal iştirak edir. Yaxın günlərdə Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 50 min manat vəsait ayırıb.

Eyni zamanda, şəbəkə öz fəaliyyətində təhlükəsizlik tədbirlərinə ciddi əməl edir, evlərində oturaraq, istədikləri məhsulları əldə edə bilmələri üçün müştərilərinə onlayn sifariş və sürətli, təhlükəsiz və pulsuz çatdırılma xidmətini də təklif edir.