“Region Agro” MMC (Goranboy) koronavirusla mübarizəyə 100 min ayırdı

18:00 23-03-2020 14

“Region Agro” MMC ( Goranboy) Prezident İlham Əliyevin koronavirus pandemiyası əleyhinə mübarizə çağırışına qoşulub. 

“Region Agro” MMC Azərbaycan Respublikaslı Prezidentin 19 mart 2020-ci il tarixli sərəncamına əsasən yaradılmış Koronovirusla Mübarizə Fonduna 100 min manat vəsait köçürüb.

Aqropark Goranboy rayonu ərazisində yerləşir. 5 iyun 2018ci ildə açılıb. Ölkənin daxili bazarı üçün taxıl və qarğıdalının yetişdirilməsi ilə məşğuldur.