Səhiyyə nazirinin müavini koronavirusa yoluxmanın əsas simptomlarından danışdı

21:40 23-03-2020 16

“İrimiqyaslı koronavirus epidemiyanın qarşısının alınması üçün heç bir ölkənin səhiyyəsi hazır deyildi. Xəstəlik çox hallarda yüngül və simptomsuz keçir. 20 faiz halları oksigen terapiyası, beş faiz hallarda isə ağciyərlərin süni terapiyası da tətbiq edilir. 

HerGun.Az-ın məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tibb işçiləri işini adi rejimdə davam etdirəcəklər:

“65 yaşdan yuxarı tibb işçiləri vəzifə borcunu yerinə yetirəcək. Xüsusi karantin rejimində 65 yaş tək və tənha insanlar üçün nəzərdə tutulub”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi haqda qərarına əsasən, Azərbaycanda 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib.

Qeyd olunub ki, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən, xidmətlərin göstərilməsi təmin edilməlidir.

İlhamə Əbülfət