Türkiyədə koronavirus səbəbi ilə ac qalan itlər bir-birilərini yeməyə başladı – VİDEO

05:00 24-03-2020 460

Türkiyənin Adana şəhərində yerləşən heyvan sığınacaqlarından birində dəhşətli hadisə yaşanıb.

“Son Dakika” xəbər verir ki, koronavirus səbəbindən itlərin yemlənməsi təxirə salınıb.

Günlərlə ac-susuz qalan itlər bir-birilərini yeməyə başlayıb.

Sığınacağa gələn insanlar bu dəhşətli hadisəni lentə alıblar.

Kadrlarda itlərin parçalanmış iki it leşini yeməsini görmək olar.

Görüntülər yayılandan sonra məsul şəxslər bərbad vəziyyətdə olan sığınacağa dərhal baş çəkib və heyvanları yemləyib.