Bərbər qadına ara məsafədən xidmət etdi – VİDEO

07:20 24-03-2020 123

Braziliyanın Blumenau şəhərində fəaliyyət göstərən qadın bərbər koronavirusdan qorunmaq üçün işini məsafədən görür.

“Daily Star” xəbər verir ki, kadrlarda bərbərin qadından 1,5 metr məsafədə durduğunu görmək olur.

Stilist uclarına fen və daraq bağlanmış iki taxta parçası ilə qadının saçına düzüm verir.

Bərbərin işi məharətlə görməsi onun artıq mütəmadi olaraq bu üslubda işlədiyinə dəlalət edir.