Qocanın üzünə zorla maska taxıb, başına odekolon tökdülər - VİDEO

19:20 24-03-2020 1190

Sosial mediada yayılan bir video istifadəçilər tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Görüntülərdə yaşlı kişini yolundan saxlayan gənclərin onun üzünə maska taxaraq başına odekolon tökdüyü görünür.

“HaberGlobal”ın məlumatına görə, hadisə Türkiyədə baş verib.

Görüntülərdə “viruslu birini tapdıq” deyən şəxs ondan aralanmaq istəyən qocanı zorla saxlayır, “virusa yoluxmaya qarşı fövqəladə müdaxilə komandası gəldi” deyərək, ona qarşı təhqiredici hərəkətlər edir. Sonra isə “heç kimə yoluxmadan birbaş xəstəxanaya” deyərək, yaşlı adamı yola salırlar.

Kadrlar sosial mediada yayıldıqdan sonra gənclərin hərəkəti istifadəçilər tərəfindən kəskin tənqid olunub.

Qocanın təhqir olunduğunu bildirən istifadəçilər asayiş keşikçilərinə müraciət edərək, şübhəlilərin saxlanılmasını tələb ediblər.