Son altı gün ərzində dünyada koronavirusa yoluxanların sayı iki dəfə artdı

03:00 25-03-2020 343

Martın 18-dən bu yana dünyada koronavirusa yoluxanların sayı 200 mindən 400 min nəfərədək artıb.

“TASS” xəbər verir ki, hal-hazırda dünyada 405 868 nəfər xəstəliyə yoluxub, 18 221 nəfər (4,51%) isə ondan vəfat edib.

Xatırladaq ki, xəstəlik Çinin Uhan şəhərində peyda olub.

Cari ilin martın 11-i Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun pandemiya səviyyəsinə çatdığını elan edib.