Pandemiyaya baxmayaraq bu ölkədə futbol çempionatı azarkeşlər qarşısında davam edəcək

04:00 25-03-2020 537

Dünyada cərəyan edən koronavirus pandemiyasına baxmayaraq Belarusda futbol çempionatı təxirə salınmayıb.

“Sport-Ekspress” xəbər verir ki, bundan əlavə, tribunalar azarkeşlər üçün açıq olacaq.

“Görüşlər azarkeşlər önündə keçiriləcək. Rəhbərlyimiz mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə əlaqə saxlayır. Vəziyyət hələ ki kritik deyil. Ölkədə neçə nəfər koronavirusa yoluxub? 81. Lakin 22 artıq sağalıb. Hal-hazırda 50 xəstəmiz var. İkinci tur martın 27-i başlayacaq. Mövsum davam edir”, - deyə Belarusun Futbol federasiyasının mətbuat katibi Aleksandr Aleynik qeyd edib.