Çadda silahlı qruplaşmanın basqını nəticəsində 92 hərbçi həlak olub

04:20 25-03-2020 18

Çadın qərbində “Boko Haram” qruplaşmasının silahlı hücumu nəticəsində ən azı 92 hərbçi həyatını itirib.

“Frans Press” xəbər verir ki, hücum Çad gölünün yanında – Niger, Nigeriya və Kamerunla sərhəddə baş verib.

“Biz 92 hərbçimizi, zabit və çavuşlarımızı itirdik. İlk dəfədir ki belə böyük itkilərlə üzləşirik”, - deyə ölkə Prezidenti İdriss Debi İtno qeyd edib.