Messi koronavirusa qarşı mübarizəyə qoşuldu

05:00 25-03-2020 519

“Barselona”nın əvəzsiz lideri Lionel Messi bütün dünyanı saran koronavirus pandemiyasına qarşı mübarizəyə qoşulub.

“Sports.ru” xəbər verir ki, futbol əfsanəsi xəstəliklə mübarizə aparmaq məqsədi ilə bir milyon avro ayırıb.

Bu pulun yarası Barselonada yerləşən Tibbi mərkəzə, digər yarısı isə Argentinada yerləşən xəstəxanalardan birinə verilib.