Məşhur cazmen koronavirusdan vəfat etdi

23:40 25-03-2020 400

Fransada koronavirusdan ölənlər arasında məşhur isim də var.

Belə ki, əslən afrikalı olan tanınmış saksafonçu, cazmen Emmanuel N'Coke Dibanqo (Manu Dibanqo) məhz bu diaqnozdan vəfat edib. 

Jazz.ru xəbər verir ki, bu barədə 86 yaşlı musiqiçinin meneceri məlumat yayıb. 

O, bir neçə gün əvvəl COVID-19 diaqnozu ilə yerləşdirildiyi Paris xəstəxanasında vəfat edib.

Məlumatlara görə, Dibanqo koronavirusdan vəfat edən dünya səviyyəli ilk məşhurdur.