İnfeksiya epidemiyaları zamanı xiyar yeməyin müsbət tərəfləri açıqlandı

04:40 26-03-2020 573

Əsasən yay aylarında qida rasionumuzun ayrılmaz hissəsi olan xiyar infeksiya epidemiyaları zamanı insan orqanizminə müsbət təsir göstərə bilər.

“Food.news” xəbər verir ki, xiyarda olan güclü antioksidantlar bədəni immun sistemini zəiflədən təhlükəli azad radikallardan qorumağa kömək edir.

Buna görə də, soyuqdəymə, qrip, koronaivrus kimi xəstəliklər zamanı xiyar yemək orqanizmin xəstəliklərə qarşı dayanıqlılığını artıra bilər.

Bundan əlavə, sxiyarın sidikqovma xüsusiyyətləri bədənin toksinlərdən azad edilməsinə də imkan yaradır.

Xiyarda olan kukurbitasinlər bu tərəvəzə acı tam bəxş edir. Məhz bu birləşmələr metablozmi və qanda şəkər səviyyəsini tənzimləyə bilir. Xiyarın digər komponenti olan sterollar isə orqanizmdə xolesterin səviyyəsini azaldır.