Bu ölkədə tualet kağızının satışı 46 faiz artıb

09:20 27-03-2020 12

Rusiyada koronavirusun yayılmasından sonra bəzi məhsullara tələbatın artdığı müşahidə olunur.

RT xəbər verir ki, martın 16-dan 19-dək tualet kağızlarının satışı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 46 faiz artıb.

Bu ilin yanvar ayı ilə müqayisədə isə artım 27 faiz təşkil edir.

Eyni zamanda, ilin əvvəlindən nəm salfet və sabun satışı artıb.