Özbəkistanda koronavirusa yoluxan ilk şəxs öldü
10:00 27-03-2020 385
Özbəkistanda koronavirusa yoluxmuş ilk xəstənin ölümü qeydə alınıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Özbəkistanın Səhiyyə Nazirliyi xəstənin ölümünə infarktın səbəb olduğunu açıqlayıb.
Xatırladaq ki, martın 15-də Fransadan qayıdan xəstədə ölkədə ilk dəfə koronavirusa yoluxma halı aşkarlanıb.