Afrikada koronavirusa yoluxma halı artır

14:00 27-03-2020 355

Afrika qitəsində yeni növ koronavirusa yoluxma halları artır.

“Anadolu” agentliyi xəbər verir ki, qitənin 46 ölkəsində virusa yoluxanların sayı 3243 nəfərə çatıb.

83 nəfərin koronavirusdan öldüyü, 254 nəfərin isə sağaldığı bildirilir.

Qitə daxilində 24 ölkənin sərhədlərini bağladığı, 10 ölkənin isə beynəlxalq uçuşları dayandırdığı qeyd edilir.

Afrikada virusa yoluxma halları, əsasən, Cənubi Afrika, Misir, Əlcəzair, Mərakeş, Tunis, Burkina Faso, Qana və Seneqaldır.