Karantindən imtina edən ailəni yanğınsöndürənlər təxliyyə etdi - VİDEO

14:40 27-03-2020 15

Karantindən imtina edən ailəni yanğınsöndürənlər təxliyyə edib.

“Sputnik”in məlumatına görə, hadisə Qazaxıstanda qeydə alınıb.

Bildirilir ki, Şaxtinsk şəhərindən olan ailə bir müddət əvvəl Misirdən qayıdıb. Onlar testdən keçməkdən imtina edərək, nə tibb işçilərini, nə də polis əməkdaşlarını evə buraxmayıblar. Nəticədə, yanğından mühafizə xidmətinə məlumat verilib.

Lakin yanğınsöndürən maşının pilləkəni ailənin yaşadığı mənzilin eyvanına söykəndikdən sonra ev sahibləri, nəhayət, qapını açıblar. Hadisə ilə bağlı görüntülər sosial mediada paylaşılıb.