Azərbaycanı tərk edə bilməyən Rusiya vətəndaşlarının NƏZƏRİNƏ

17:40 15-05-2020 467

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanı tərk edə bilməyən Rusiya vətəndaşlarının öz ölkələrinə qayıdacağı tarix məlum olub.

“RİA Novosti” agentliyi Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinə istinadən xəbər verir ki, Rusiya vətəndaşları mayın 18-də Bakı-Moskva aviareysi ilə Azərbaycandan təxliyyə ediləcək.

Bundan əlavə, Rusiya 16-25 may tarixlərində bir sıra ölkələrdə olan vətəndaşlarının ölkəyə gətirilməsi üçün aviareyslər təşkil edəcək.