Bakıda iki avtomobil toqquşdu: Yaralılar var

03:20 16-05-2020 21

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. 

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. 

İki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Müseyibli Kamran Rahib oğlu və 1988-ci il təvəllüdlü Sayadov Vasif Nadir oğlu xəsarət alıblar.  

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. K.Müseyibliyə döş qəfəsinin küt travması, V.Sayadova isə kəllə-beyin travması diaqnozu qoyulub.  

Hər iki şəxs reanimasiyaya yerləşdirilib.