Azərbaycan neftinin ötən il üçün orta satış qiyməti AÇIQLANDI

11:40 16-05-2020 572

Azərbaycan neftinin 2019-cu il üçün dünya bazarlarında orta satış qiyməti açıqlanıb.

HerGun.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda yazılıb.

Bildirilib ki, qlobal enerji qiymətlərində müşahidə edilən dalğalanmalar nəticəsində “Azəri Layt” markalı xam neftin bir barelinin dünya bazarlarında satış qiyməti orta hesabla 66,9 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Bu rəqəm 2018-ci ilə nisbətən 8,5 faiz az, 2019-cu il büdcəsində nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə isə 11,5 faiz çoxdur.

Aqşin Kərimov