Bakıda binanın eyvanı uçdu - FOTO

13:00 16-05-2020 19

Nərimanov rayonunda beşmərtəbəli binanın dördüncü mərtəbəsinin eyvanı uçub.

HerGun.Az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Təbriz 102 ünvanında baş verib.

Eyvanın uçması nəticəsində ölən və xəsarət alan olmayıb. 

Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdiri Hüseyn Cəfərov HerGun.Az-a açıqlamasında bildirib ki, hazırda hadisə yerindədir:

"Bina köhnə olduğu üçün pilot layihə çərçivəsində sökülməsi nəzərdə tutulub. İlkin ehtimal olaraq, eyvanın uçmasına səbəb bu ola bilər. Beşmərtəbəli binanın dördüncü mərtəbəsinin eyvanı uçub. Hadisə nəticəsində binanın üçüncü və ikinci mərtəbələrinin də eyvanları uçub. Xəsarət alan olmayıb. Söküntülər piyada səkisinə tökülüb. Hazırda ərazidəyik, araşdırma aparılır. Dağıntıların aradan qaldırılması istiqamətində tədbirlər görülür".

Qeyd edək ki, bu barədə ilk məlumatı Qafqazinfo paylaşıb.

Könül Cəfərli