İsveçdə daha bir azərbaycanlı koronavirusdan öldü - FOTO

16:00 16-05-2020 400

İsveçdə koronavirus pandemiyasından daha bir azərbaycanlı ölüb. 

HerGun.Az xəbər verir ki, bununla bağlı  İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand “Facebook” hesabında məlumat verib. 

O bildirib ki, azərbaycanlı gecə saatlarında Stokholmda vəfat edib. 

Report-un məlumatına görə, vəfat edən şəxs əslən Neftçala rayonundan olan 1961-ci il təvəllüdlü Hüseynov Məhərrəm Ağamirzə oğludur.

Qeyd edək ki, bundan əvvəl İsveç Krallığının paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı soydaşımız Amin Etibar oğlu Salayev yeni növ koronavirusdan .