Bakı sakini yardımçı tikilidə intihar etdi

16:40 16-05-2020 20

Bakının Xəzər rayonunda mayın 16-sı gecə saatlarında intihar hadisəsi baş verib.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Binə qəsəbəsində 1989-cu il təvəllüdlü Rasim İsmayılov evinin həyətindəki yardımçı tikilidə özünü asıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Həmin şəxsi intihara sövq edən səbəblər araşdırılır.

Ramella İbrahimxəlilova