Millimizin futbolçusu Almaniyada çempionata qolla başladı

19:20 16-05-2020 472

Millimizin futbolçusu Dmitri Nəzərov Almaniya 2-ci Bundesliqasına qolla başlayıb.

HerGun.Az xəbər verir ki, onun komandası “Ertsqebirqe” bu gün bərpa olunan çempionatda doğma meydanda “Zandhauzen”i 3:1 hesabı ilə məğlub edib.

Açılış qolunu da millimizin futbolçusu vurub. O, rəqib müdafiəçi Denis Dikmayerin kobudluğundan sonra 5-ci dəqiqədə penaltini dəqiq qola çevirərək hesabı açıb.

Bununla da Nəzərov cari mövsüm qollarının sayını doqquza çatdırıb. O, 69-cu dəqiqədə avstriyalı hücumçu Filip Sulexnerlə əvəzlənərək meydanı tərk edib.

Onun komandası bu qələbədən sonra xalını 37-yə yüksəldib və hazırda beşinci pillədədir.

Səbuhi Musayev