Hacıqabulda ikimərtəbəli ev əşyaları ilə birlikdə yandı
10:40 17-05-2020 310
Hacıqabul rayonunda ikimərtəbəli evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən HerGun.Az-a bildirilib ki, ümumi sahəsi 150 m² olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli, səkkiz otaqlı evin iki otağı və içərisindəki ev əşyaları 60 m² sahədə yanıb.
Evin qalan hissəsi mühafizə olunub və yanğın söndürülüb.