İsraildəki Çin səfiri evində ölü tapıldı - Səbəbi bəlli deyil

12:40 17-05-2020 19

Çinin İsraildəki səfiri evində ölü tapılıb.  

Bu barədə “Haber Global” xəbər yayıb.  

Bildirilib ki, İsraildəki Çin səfiri Du Veyin ölüm xəbərini İsrailin Xarici İşlər Nazirliyi də təsdiqləyib.  

Səfirlikdən isə diplomatın ölümü haqqında tədiq xəbəri verilməyib.  

Qeyd edək ki, daha əvvəl Ukraynada səfirlik edən Du Vey bu ilin yanvar ayında İsrailə təyin olunmuşdu. Hazırda onun evində polis axtarış aparır.