Hidrometeorologiya xidmətindən əhaliyə XƏBƏRDARLIQ

14:40 17-05-2020 340

Milli Hidrometeorologiya Xidməti kəskin hava dəyişikliyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.  

Xidmətdən HerGun.Az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında mayın 18-də cənub-qərb küləyinin axşam şimal-qərb küləyinə keçəcəyi, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.  

Azərbaycanın rayonlarında mayın 18-19-da gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək.  

Mayın 18-də bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.