Nigarla Eldardan “Avroviziya 2020” mesajı - VİDEO

17:00 17-05-2020 21

Koronavirus pandemiyası səbəbi ilə “Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi ləvğ olunsa da, ötən gecə “İctimai Televiziya”nın canlı efirində sözügedən layihənin “Europe Shine A Light” konsert şousu yayımlanıb.  

HerGun.Az zəbər verir ki, “Avroviziya” mahnı şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də, ötənilki müsabiqənin qalibləri və ulduzları iştirak ediblər.  

Onlarla yanaşı Azərbaycana 2011-ci ildə “Avroviziya”da qələbə sevinci yaşadan müğənnilər Eldar Qasımovla Nigar Camal şouda 12 saniyəlik videomesaj ünvanlayıblar.  

Müğənnilər “Evinizdə qalın. Avropa yenidən işıqlansın”, - deyərək, onlara birincilik qazandıran “Running Scared” mahnılarından bir parçanı ifa ediblər.  

Rəşad Əliyev