Əməkdar artistdən etiraf: “Səhnəyə yaraşmırdım”

20:00 17-05-2020 464

“Karantində çəkim artdı. Əvvəlki Zaur deyiləm”. 

HerGun.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Zaur Əmiraslanov ARB TV-də yayımlanan “Faydalı saat” sağlamlıq proqramında qonaq olarkən deyib. 

Sənətçi illər öncə həddən artıq arıq olmasını özünə kompleks edərək, efirə yaraşmadığını etiraf edib: 

“O gün “Bakı Payızı-2001”in lent yazılarını seyr edirdim. Görürəm ki, orada çox arığam. Hətta səhnəyə belə yaraşmırdım. Kamera arıq simanı sevir. Misal üçün üzdə sümüklər görünsün. Amma səhnə və ifaçılıq çəki tələb edir. Uşaqlıq arzum çəkili olmaq idi. Amma indi çəkili olmağım mənə kompleks yaradır. Artıq özüm də hiss edirəm ki, aldığım çəki sağlam çəki deyil”. 

Rəşad Əliyev