Balakəndə maşın 75 yaşlı piyadanı vurub öldürdü

22:00 17-05-2020 374

Balakəndə 75 yaşlı kişini maşın vurub öldürüb.

APA-nın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 154-cü kilometrliyində, Balakən rayonu Qullar kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakən rayonu Mazımçay kənd sakini, 1959-cu il təvəllüdlü Məhəmməd Müslüm oğlu İbrahimov idarə etdiyi “Qaz 2705” markalı, 10 HH 718 dövlət nömrə nişanlı minik avtomobili ilə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən  yolun sağından soluna keçən piyada, Balakən rayonu Qullar kənd sakini 1945-ci il təvəllüdlü Cavadxan Tacəddin oğlu Şəkiliyevi vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan C.Şəkiliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

C.Şəkiliyev xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.