“Sumqayıt” bu gün koronavirus testindən keçəcək, “Qəbələ” isə tələsmir

13:40 18-05-2020 444

Xəbər verdiyimiz kimi, AFFA Azərbaycan Premyer Liqasında çıxış edən səkkiz klubun koronavirus testindən keçməsi üçün beş min manat maliyyə vəsaiti .

HerGun.Az xəbər verir ki, klublarımızdan “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Zirə”, “Sabah” və “Səbail” klubları koronavirus testindən keçdiklərini və nəticələrin neqativ çıxdığını açıqlayıb. 

Ancaq paytaxtdan kənarda fəaliyyət göstərən “Sumqayıt” və “Qəbələ” klubları isə bu barədə heç bir məlumat yaymayıb. Bunun üçün hər iki klubla əlaqə saxladıq.

“Sumqayıt”ın prezidenti Riad Rəfiyev saytımıza açıqlamasında bu gün testdən keçəcəklərini bildirib:

“Testdən keçmək planımızda təxirə salınma yoxdur. Bu gün klubun məşqçilər heyəti, futbolçular koronavirus testindən keçəcək”.

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov isə açıqlamasında testdən keçmək üçün tələsmədiklərini açıqlayıb:

“Düzdür, beş min manat məbləğ hesabımıza AFFA tərəfindən köçürülüb. Lakin testdən keçmək üçün konkret bizə vaxt qoyulmayıb. Təbii ki, ayrılan məbləğlə testdən keçəcəyik. Amma bunun üçün klubların məşqlərə başlayacağı tarix bilinməlidir.

Çünki indi keçsək, məşqlərə başlamazdan əvvəl yenidən keçməli olacağıq. Əgər AFFA klublara məşqlərin və ya çempionatın bərpası barədə tarixi açıqlasa, biz də o zaman testdən keçəcəyik”.

Səbuhi Musayev