Bryus Uillis dünyanı COVID-19-dan xilas etmək qərarına gəlib - FOTO

20:00 18-05-2020 440

Məşhur Hollivud ulduzu Bryus Uillis karantini keçmiş arvadı Demi Mur və uşaqları ilə birlikdə keçirir. Özünütəcrid rejimində ailənin ən sevimli hobbisi müxtəlif kostyumlar geyinməkdir.

Bu dəfə aktyor öz qarderobundan  “Armageddon” filmində istifadə etdiyi narıncı kostyumunu çıxarıb. Wi-fi.ru-nun məlumatına görə, bununla bağlı görüntüləri ulduzun qızı Rumer Uillis paylaşıb.

“O dedi ki, bu, dünyanı xilas etmək üçün olan kostyumdur”, - deyə Rumer fotonu şərh edərkən yazıb.