Qaxda azyaşlını it dişləyib

02:20 19-05-2020 374

Qaxda azyaşlını sahibsiz it dişləyib.

APA-nın məlumatına görə, rayonun Uzuntala kənd sakini, 2014-cü il təvəllüdlü Ruhi Səfər qızı Mahmudzadə it dişləməsi xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Məlum olub ki, R.Mahmudzadəyə yaşadığı kəndin ərazisində sahibsiz it hücum edib və onun sağ ayağının daban nahiyəsindən dişləyib.

R.Mahmudzadəyə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.