Xarici aləmdən təcrid olunan qəbilələr də koronavirusa yoluxdu

05:00 19-05-2020 370

Ekvadorda  Amazon cəngəlliklərində xarici dünyadan təcrid olunmuş vəziyyətdə yaşayan Vaorani qəbiləsində 17 yaşlı hamilə qadın  koronavirusa yoluxub.

“HaberGlobal”ın məlumatına görə, bu barədə Ekvador Səhiyyə Nazirliyinin verdiyi açıqlamada deyilir. 

Bildirilir ki, gənc qadın artıq xəstəxanaya yerləşdirilib.

Qəbilədə ondan başqa daha 40 nəfərdə koronavirus simptomları görünüb.

O da vurğulanır ki, yerli xalqlar digərlərinə nisbətdə epidemiyaya qarşı daha həssasdırlar. Belə ki, xarici aləmdən təcrid olunmuş vəziyyətdə yaşadıqlarına görə dünyada bir çox insanlarda yaranan immunitet onlarda inkişaf etməmiş vəziyyətdə olur.