Məşhur döyüşçü Həbib Nurməhəmmədovun atasının səhhətindən danışdı

07:20 19-05-2020 35

Həbib Nurməhəmmədovla eyni zalda məşq edən amerikalı MMA döyüşçüsü Coş Tomson UFC çempionunun atası Abdulmanap Nurməhəmmədovun səhhəti ilə bağlı danışıb.

Bu barədə C.Tomson “Weighing In” “Youtube” kanalına müsahibə verib.

“O, komadan çıxıb. Mən bir qədər əvvəl İslam Maxaçyev və Umar Nurməhəmmədovla danışdım. Həbiblə danışmamışam. Onlar dedilər ki, o, özünə gəlib, hərəkət edir, danışır”, - deyə C.Tomson bildirib.