Göyçayda ruhi-əsəb xəstəsi özünü asdı

15:40 19-05-2020 397

Göyçayda intihar hadisəsi olub.

HerGun.Az xəbər verir ki, hadisə ötən gün Göyçay rayon Ulaşlı Şıxlı kəndində baş verib.

Kənd sakini 1967-ci il təvəllüdlü İ.Eldarov yaşadığı evdə özünü asaraq intihar edib.

Onun uzun illər ciddi psixoloji problemlər səbəbindən Maştağada yerləşən 1 saylı Respublika Ruhi-Əsəb Xəstəxanasında müalicə aldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli