Çindən ABŞ-a sərt cavab: “Ört-basdır etməyə çalışır”

16:40 19-05-2020 22

“ABŞ-a kimlərisə günahlandırmaq və məsuliyyətdən yayınmaqdan çəkinməyi tövsiyə edirik”.

“HaberGlobal”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) ABŞ Prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) islahat çağırışına cavab olaraq açıqlamasında bildirilib.

“Donald Tramp ÜST-ə qarşı çıxışları ilə ictimaiyyəti yanlış yönləndirir, Çinin koronavirusla mübarizədə göstərdiyi səyləri qaralamağa və ABŞ-ın epidemiya ilə mübarizədə kifayətsizliyini ört-basdır etməyə çalışır”, - deyə XİN-dən bildirilib.