Yerli dezinfeksiya tunelləri istehsal olunur - VİDEO

19:40 19-05-2020 477

Sumqayıtda ölkənin ilk dezinfeksiyaedici tunelinin, yəni “sağlam keçid”in istehsalı davam edir. 

Baku TV xəbər verir ki, bu tuneldən keçən insanın üzəri xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilir və püskürdülən maye buxar halında olduğundan insanın paltarı bulaşmır. 

Dezinfeksiyaedici tunellər məktəblərin, xəstəxanaların, ofis və istehsal sahələrinin, ticarət mərkəzlərinin, avtobus və dəmiryol vağzallarının, metroların girişlərində və insanların kütləvi hərəkət etdiyi digər məkanlarda quraşdırıla bilər. 

Ətraflı süjeti təqdim edirik: