Rusiyada hərbi helikopter qəzasında üç nəfər öldü

00:40 20-05-2020 427

Rusiya Kosmik Hava Qüvvələrinə məxsus Mi-8 hərbi helikopterinin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub. 

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə fövqəladə xidmətlərdəki mənbə bildirib.  

Qeyd edilir ki, helikopter Klindən 20 kilometr məsafədə təlim-məşq uçuşu həyata keçirirmiş.  

Bu zaman o, sərt eniş edib. Müdafiə Nazirliyindən bildirilir ki, qəzaya texniki nasazlıq səbəb ola bilər.  

Helikopterin hər iki “qara qutu”su tapılıb.