Maşın beton maneəyə çırpılıb alovlandı

09:20 20-05-2020 350

Tərtər rayonunun Bəyimsarov kəndində “Mercedes” markalı minik avtomobili beton maneəyə çırpılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə, avtomobil yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.