AŞPA-nın binasında işıqlar söndü - Azərbaycanlı deputat iclasa qatıla bilmədi

12:40 20-05-2020 18

AŞPA-nın binasına elektrik verilməsində fasilə yaranıb. 

HerGun.Az-ın xəbərinə görə, bu barədə deputat, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Erkin Qədirli məlumat verib.

“Bu gün AŞPA-nın Hüquq Komitəsinin ilk videokonfransı olmalı idi. Çıxış etməyi düşünürdüm. Bildiriş göndərdilər ki, AŞPA binasında elektriklə bağlı problem yaranıb, iclas başqa gün olacaq”, - deyə E.Qədirli bildirib.

Qeyd edək ki, AŞPA-nın binası Fransanın Strasburq şəhərində yerləşir.

Aqşin Kərimov