Siyasətçi və oğlu insanların gözü qarşısında güllələndi - ANBAAN VİDEO

04:20 21-05-2020 629

Yeni yolun tikintisinin gedişi ilə tanış olmağa gedən tanınmış siyasətçi və oğlu kəndlilərlə mübahisə zamanı tüfənglə vurularaq öldürülüb.

“Daily Mail”in məlumatına görə, dəhşətli hadisə Hindistanın Uttar-Pradeş ştatında baş verib.

Bildirilir ki, kəndlilər yeni yolun onların əkin sahəsindən keçməsinə etiraz ediblər. Bu zaman mübahisə yaranıb. Nəticədə iki sakin “Samajvardi” Partiyasının sədri olan Çole Lal Divakar və oğlu Sunili güllələyiblər.

Artıq şübhəlilər saxlanılıb. Hadisə ilə bağlı istintaqa başlanılıb.