Yuyulub təkrar istifadə edilən maskalar sağlamlığa zərərdir

08:00 21-05-2020 376

Türkiyədə Əczaçıları İşəgötürənlər Birliyinin (TEİS) başçısı Nurten Saydan tibbi maskaların yuyulub təkrar istifadə edilməsinin cəmiyyətin sağlamlığına təhlükə olduğunu bildirib.

Bu barədə “Hürriyet” xəbər yayıb.

N.Saydan bildirib ki, insanların birdəfəlik istifadə olunan maskaları paket şəklində (10-50 ədəd) almadıqları üçün eyni maksadan dəfərlərlə istifadə etdiklərinin şahidi oluruq. Maskaları yuyub təkrar istifadə etmək olmaz:

“Maskasını yuyub təkrar istifadə edən vətəndaşların cəmiyyətin sağlamlığına vura biləcəyi zərəri düşünmək insanı dəhşətə gətirir. İstifadə edilmiş maskalar tibbi tullantı hesab olunur, onlar bağlı paketə qoyulduqdan 72 saat sonra atılmalıdır”.