Sumqayıtda intihara cəhdin qarşısı alındı: Qadın xilas edildi

01:20 22-05-2020 411

Sumqayıtda intihara cəhd hadisəsi qeydə alınıb.  

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 6-cı mikrorayonunda hündürmərtəbəli binanın 11-ci mərtəbəsinin eyvanına çıxan, təxminən 20-25 yaşlarındakı qadın özünü atmaq istəyib.  

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.    

Xilasedicilər vətəndaşın özünə sui-qəsd etmək istəyinin qarşısını alıblar.